Azərbaycanda bu quruma 12,5 milyon manat ayrıldı - Siyahı

20:54 | 09.04.2018
Azərbaycanda bu quruma 12,5 milyon manat ayrıldı - Siyahı

Azərbaycanda bu quruma 12,5 milyon manat ayrıldı - Siyahı

Azərbaycan prezidenti İlham Əliyev əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
 
"Qafqazinfo”nun məlumatına görə, respublikanın 13 rayonunun ümumilikdə 45 min nəfər əhalisi olan 30 yaşayış məntəqəsində içməli su ilə təminatın yaxşılaşdırılması üçün "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.48.11-ci yarımbəndində göstərilmiş məbləğin 12,5 milyon manatı "Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
 
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
 

Rayon

Yaşayış məntəqəsinin adı

1

Ağcabədi (Taxtakörpü)

Laçın obaları

2

Ağdam

Əfətli (Hacıturallı)

Üçoğlan (Ballar)

3

Ağstafa

Köçvəli

Yeni gün

4

Balakən

Sarıbulaq

5

Bərdə

Arabaçılar

Hacılar

6

Göyçay

II Ərəbcəbirli

7

İsmayıllı

Zoğallıq

8

Quba

Ağbil

Alekseyevka

Möhüc

Talabıqışlaq

9

Qusar

Aşağı Ləyər

Samur

10

Lerik

Geskon

Molalan

Sors

Şingədulan

11

Şəmkir

Tatarlı

12

Tərtər

Evoğlu

Mamırlı

Poladlı

Təzəkənd

13

Tovuz

Cilovdarlı

Əlimərdanlı

Xatınlı

Qaraxanlı

Qədirli

Cəmi:

13

30


 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM