Azərbaycanda bu tariflər də təsdiqləndi

09:20 | 14.05.2016
Azərbaycanda bu tariflər də təsdiqləndi

Azərbaycanda bu tariflər də təsdiqləndi

Nazirlər Kabineti "Rəqəmli televiziya və radio yayımı tarifləri”ni  təsdiq edib.
 
APA-ın məlumatına görə, qərara əsasən rəqəmli şəbəkədə 1 Mbit/saniyə üzrə bir televiziya və ya radio proqramının 1 saat yayımı üçün (ƏDV daxil olmaqla) tarif 50 Vt-a qədər, 50 Vt daxil olmaqla 0,38 manat, 50 Vt-dan -300 Vt-a qədər, 300 Vt daxil olmaqla  0,65 manat, 300 Vt-dan -1200 Vt-a qədər, 1200 Vt daxil olmaqla 0,88 manat, 1200 Vt-dan 3000 Vt-a qədər, 3000 Vt daxil olmaqla 1,06 manat, 3000 Vt-dan yuxarı 1,16 manatdır.
 
Bu tariflərə radiotezliklərdən istifadə üzrə illik istismar haqları daxildir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti