Azərbaycanda COVID-19-a ən çox hansı qurumların işçiləri yoluxub?

11:57 | 28.04.2021
Azərbaycanda COVID-19-a ən çox hansı qurumların işçiləri yoluxub?

Azərbaycanda COVID-19-a ən çox hansı qurumların işçiləri yoluxub?

"COVID-19 la bağlı yuxarı risk qrupuna səhiyyə işçiləri daxildir”. 

Anews.az xəbər verir ki, bunu Ümumdünya Əməyin Mühafizəsi günü ilə bağlı keçirilən onlayn tədbirdə TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, orta risk qrupuna ictimai nəqliyyatda işləyən insanlar daxildir: "Aşağı risk qrupuna isə ofis şəraitində işləyən, insanlarla çox təmasda olmayan peşələrdə çalışanlar daxildir”. 

Y.Qarayeva qeyd edib ki, iş yerlərində qaydalar və prosedurlar iş sahəsindən asılı olaraq yenidən işləməli və beynəlxalq qaydalara adaptasiya edilməldir: "Bəzi yerlərdə məcburi olaraq əlcəklər taxılır. Əlcəkdən düzgün istifadə olunmadıqda isə xəstəlikdən qorumur. Əlcəkdənsə əllərin tez-tez dezinfeksiyası bizi xəstəlikdən daha yaxşı qoruyar”.

Departament müdiri müəssisə rəhbərlərinə müraciət edib. O qeyd edib ki, hər zaman vaksinasiya nəticəsində insanlar ölümcül xəstəliklərdən azad olub:
"Statistikaya əsasən 2021-ci il üzrə Azərbaycanda koronavirusa ən çox səhiyyə işçilərində, ikinci yerdə SOCAR, sonra təhsil işçiləri və Xəzər dəniz gəmiçiləri işçilərində da yoluxmalar qeydə alınıb”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb