Rusiyada COVİD-19-un yeni ştammına ilk yoluxma halı qeydə alınıb

10:58 | 12.01.2023
Rusiyada COVİD-19-un  yeni ştammına ilk yoluxma halı qeydə alınıb

Rusiyada COVİD-19-un yeni ştammına ilk yoluxma halı qeydə alınıb

Rusiyada "kraken” adlı koronavirusun omikron ştamının alt variantı aşkar edilib. Bu barədə TASS məlumat verir.
 
Məlumata görə, ilk yoluxma halı Penza vilayətində qeydə alınıb.
 
Hazırda Rusiyada omicron ştammı geniş yayılıb, lakin Omicron VA.5 xətti dominantlıq təşkil edir.  
 
Beləliklə, Delta variantı 2021-ci ilin ikinci yarısında üstünlük təşkil edib və 2022-ci ilin payızında təcrid olunmuş hallarda aşkar edilib. Son aylarda başqa ştamlar qeydə alınmayıb.

Rospotrebnadzor və digər idarələrin laboratoriyaları Rusiya Federasiyasında və bir sıra qonşu ölkələrdə koronavirus variantlarının dövriyyəsini daim izləməyə davam edir, genomik məlumatları artıq 226.000 genom ardıcıllığına malik olan VGARus milli məlumat bazasına yükləyir.

Bu günə qədər 150-dən çox təşkilat koronavirus genomlarının ardıcıllığını həyata keçirən sistemə qoşulub.
 
Aytac




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM