Daha bir kredit təşkilatının lisenziyası ləğv olundu

15:00 | 05.10.2016
Daha bir kredit təşkilatının lisenziyası ləğv olundu

Daha bir kredit təşkilatının lisenziyası ləğv olundu

Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 30 sentyabr 2016-cı il tarixli qərarına əsasən "Naxçıvan Kredit” bank olmayan kredit təşkilatı (BOKT) MMC-nin kreditlərin verilməsi üçün verilmiş lisenziyası müraciəti əsasında ləğv edilib.
 
Palatadan "APA-Economics”ə verilən məlumata görə, "Naxçıvan Kredit"in təsisçilərinin ümumi yığıncağı tərəfindən BOKT-nin könüllü ləğv edilməsinə dair qərar qəbul edilib və bununla əlaqədar olaraq Palataya müraciət olunub.
 
"Bank olmayan kredit təşkilatları haqqında” qanunun 25.1.1-ci maddəsini və Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin 5.3.20-ci bəndini rəhbər tutaraq "Naxçıvan Kredit”ə kreditlərin verilməsi fəaliyyətinə verilmiş 06 iyul 2006-cı il tarixli 192-QB nömrəli lisenziyasını ləğv edilib.
 
Palatanın Direktorlar Şurasının digər qərarı ilə poçt rabitəsinin milli operatoru olan "Azərpoçt” MMC-nin 7 şöbəsinə əsasnamələri ilə nəzərdə tutulmuş maliyyə xidmətlərinin həyata keçirilməsi üçün  icazələrin verilməsinə dair qərar qəbul edib. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti