Azərbaycanda daha bir sement zavodu tikiləcək

17:16 | 27.01.2016
Azərbaycanda daha bir sement zavodu tikiləcək

Azərbaycanda daha bir sement zavodu tikiləcək

"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC Azərbaycanda qeyri-neft sektorunun inkişafına böyük tövhə vermək niyyətindədir. Bu məqsədlə şirkət Qazax rayonunda ikinci sement zavodunun tikintisini həyata keçirməyi planlaşdırır".

"Report"un məlumatına görə, bunu şirkətin baş direktoru Göksel Aybek deyib.

"Keçən il 91 min ton klinker ixracatı həyata keçirilib. 2016-cı ildə 200 min ton klinkerin ixracatı üçün artıq müqavilə imzalanıb", - G.Aybek bildirib.

Qeyd edək ki, korporasiya 2016-cı ilin büdcəsinə görə 350 mln. manat dövriyyə planlaşdırır. Şirkətin 2013-cü ildə istehsalat sahələrində 800 nəfər işçi çalışıb, 2016-cı ildə bu rəqəm 2 minə yüksələcək.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM