Azərbaycanda dəhşətli qəza: Ölənlər və çox sayda yaralı var - FOTO

13:11 | 26.01.2020
Azərbaycanda dəhşətli qəza: Ölənlər və çox sayda yaralı var - FOTO

Azərbaycanda dəhşətli qəza: Ölənlər və çox sayda yaralı var - FOTO

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 10:30 radələrində Muğanlı-İsmayıllı yolunun Bilzan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 
Bakıdan Qəbələyə turistləri aparan "Mercedes-Benz” markalı sərnişin mikroavtobusu "VAZ 2106” markalı minik avtomobili ilə toqquşub.  
Hadisə zamanı iki nəfər ölüb, 15-ə yaxın yaralı var.  
Əraziyə FHN-nin xilasediciləri, polis əməkdaşları və təcili tibbi yardım stansiyasının işçiləri cəlb olunub. 
Yaralılar İsmayıllı və Şamaxı rayon xəstəxanalarına aparılıb. 
Faktla bağlı araşdırma aparılır. 
 
 







www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb