Azərbaycanda ödənişli yolların salınmasında özəl şirkətlər cəlb oluna bilər

10:38 | 11.04.2014
Azərbaycanda ödənişli yolların salınmasında özəl şirkətlər cəlb oluna bilər

Azərbaycanda ödənişli yolların salınmasında özəl şirkətlər cəlb oluna bilər

Azərbaycanda dayanıqlı nəqliyyat sisteminin inkişafına özəl şirkətlər cəlb edilə bilər.Bunu “APA-Economics”ə Asiya İnkişaf Bakının (AİB) cənubi və qərbi Asiya departamentinin nəqliyyat və rabitə bölməsinin böyük mütəxəssisi Balabhaskara Reddy Bathula deyib. Onun sözlərinə görə, ölkədə ödənişli yolların tikilməsinə sərmayə yatırılmalıdır: “Çünki bu yolların vəziyyəti yaxşı olmalıdır ki, bu da böyük sərmayə tələb edir. İstəyirik ki, tikəcəyimiz yol uzun müddət normal vəziyyətdə qalsın”. Mütəxəssis bildirib ki, AİB məsələnin öyrənilməsində Azərbaycan hökumətinə yardım edir: “Bununla bağlı bir çox məqamlar öyrənilməlidir. Buraya hüquqi və texniki məsələlər daxildir. Məsələn, bu ölkədə hansı ödənişlərin tətbiq edilməsi, yol sistemin inkişafında və yolların yaxşı vəziyyətdə qalması üçün hansı sistemin daha səmərəli olması, yolun keyfiyyəti, avtomobil sıxlığı və digər məsələlər. Düşünürəm ki, bu yaxşı təcrübədir. Ona görə də bütün bu məsələləri nəzərə almaqla biz işimizi müzakirə etməliyik”. B.R.Bathulanın sözlərinə görə, hazırda nəzərdən keçirilən təcrübə Avropanın bir çox ölkələri, həmçinin Cənubi Asiya ölkələri, o cümlədən Pakistan, Sinqapur kimi ölkələrdə istifadə edilir. Bakıda şəhərdaxili nəqliyyat sisteminin inkişafı məsələsinə gəldikdə, B.R.Bathula  qeyd edib ki, əsas yolların yaxşı vəziyyətdə saxlanılması əsas istiqamətlərdən biridir: “Düşünürük ki, insanlar təhlükəsiz və sürətli şəkildə yollardan istifadə etsinlər. Məsələn, sən yol üçün pul ödəyirsənsə, bundan da fayda görməli, vaxtında mənzil başına çatmalısan və s”. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM