Azərbaycanda ÜDM-nin artımı sürətlənəcək

22:45 | 27.03.2018
Azərbaycanda ÜDM-nin artımı sürətlənəcək

Azərbaycanda ÜDM-nin artımı sürətlənəcək

"Sberbank Investment Research”in (SIR) analitikləri 2018-ci ilin ikinci yarısında Azərbaycanda ÜDM-in artımının sürətlənəcəyini proqnozlaşdırırlar.

Anews.az xəbər verir ki, buna səbəb kimi investisiya fəaliyyətinin artması göstərilir. 

Bildirilir ki, cari ilin yanvar-fevral ayında Azərbaycanda ÜDM-nin artımı 2,3 faiz təşkil edib. Yanvar ayı ilə müqayisədə ÜDM-in artımı bir qədər zəifləyib. Yavaşlama qeyri-neft sektoru ilə əlaqədardır. 2018-ci ilin iki ayı üzrə illik artım 3,9%-ə qarşı 2,3% təşkil edib. Bu da investisiya aktivliyinin azalması ilə bağlıdır. 

"Sberbank Investment Research”in analitikləri qeyd edir ki, 2018-ci ilin ikinci yarısında investisiya aktivliyi artacaq. Xüsusilə dövlət büdcəsindən infrastruktur layihələrinə ayrılan vəsaitlərin burada rolu böyük olacaq. Bütün bunlar ÜDM-in artımını dəstəkləyəcək. Nəticədə ÜDM-in artımı bu il 2%-ə çatacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb