"Azərbaycanda dollar üçün məzənnə dəhlizi müyyənləşdirməlidir"

15:49 | 26.05.2016

"Azərbaycanda dollar üçün məzənnə dəhlizi müyyənləşdirməlidir"

Azərbaycandakı kommersiya banklarında hazırda 2 mlrd. dollardan artıq həcmdə valyuta resursları mövcuddur. Bu ehtiyatların iqtisadiyyata cəlb edilməsi məqsədi ilə Mərkəzi Bank tərəfindən müəyyən məzənnə dəhlizi müəyyənləşdirilməlidir.

"Report"un verdiyi xəvərə görə, bunu Azərbaycan Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayev bildirib: "Ya hökumət hedcinq fondu yaratmalıdır ki, banklar həmin valyuta resurslarını manata çevirib real sektora yönəldə bilsin, ya da məzənnə üçün müəyyən dəhliz açıqlanmalıdır".

"Mərkəzi Bank dekabr ayından bu yana dolların məzənnəsini 1,50-1,60 AZN/USD arasında saxlayır. Yaxşı olar ki, rəsmi olaraq müəyən dəhliz müəyənləşdirilsin. Dəhliz verilsin və insanlar əmin olsun ki, məzənnə bundan yuxarı olmayacaq və dollarını manat çevirsinlər. Ya da hedcinq fondu yaradılsın ki, banklar dollarını manata çevirə bilsin. İkisindən birini həyata keçirməyi hökumətə tövsiyyə etmişik", - deyə C.Abdullayev qeyd edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb