Azərbaycanda halal məhsul istehsal edəcək müəssisələr - SİYAHI

21:51 | 10.04.2014
Azərbaycanda halal məhsul istehsal edəcək müəssisələr - SİYAHI

Azərbaycanda halal məhsul istehsal edəcək müəssisələr - SİYAHI

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində akkreditasiya olunmuş sertifikatlaşdırma orqanı (AzSert) tərəfindən 4 şirkətə “Halal qida. Ümumi tələblər” dövlət standartına uyğun məhsul istehsalı ilə bağlı sertifikat verilib.APA-nın verdiyi məlumata görə, Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, “Halal qida. Ümumi tələblər” dövlət standartına uyğun olaraq “Hakan Foods” FF Co. LTD müəssisəsi “Kral” və “Yeni dad” nişanlı məhsullar, “Səhliyalı” kiçik müəssisəsi “Min bərəkət, halal nemət” nişanlı məhsullar, “M T” LTD firması “Hacı Turqay” nişanlı məhsullar və “Zəhmət Ruzi” MMC “SAB” nişanlı məhsullar istehsal edəcək. F.Talıblı deyib ki, hazırda “Halal qida. Ümumi tələblər” dövlət standartına uyğun məhsul istehsalı ilə bağlı sertifikat almaq üçün müraciət edən müəssisədə araşdırma davam edir. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM