Azərbaycanda icra başçısı məmuru işdən çıxardı

00:54 | 15.12.2017
Azərbaycanda icra başçısı məmuru işdən çıxardı

Azərbaycanda icra başçısı məmuru işdən çıxardı

Quba icra başçısı Ziyəddin Əliyev müavinini işdən çıxardı. İstiPress-in məlumatına görə, icra başçısının birinci müavini olan Yusif Abidov həm də YAP-ın rayon təşkilatının sədridir.

Onun yerinə artıq təyinat da olub. Müavin vəzifəsini "Azəravtoyol”un Quba Açıq Səhmdar Cəmiyyətinin (ASC) idarə rəisi Aydəmir Manafov icra edəcək.

Xatırladaq ki, Ziyəddin Əliyev də icra başçısı təyin edilməmişdən öncə "Azəravtoyol"un Binəqədi idarəsində çalışıb. Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə Azərbaycan respublikası prezidentinin sərəncamı ilə ona 20 fevral 2017-ci ildə "Əməkdar mühəndis" fəxri adı verilmişdi. O, prezidentin 2 dekabr sərəncamı ilə bu posta gətirilib. 






www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb