Azərbaycanda ipoteka kreditləşməsi dayanıb

16:33 | 05.07.2016
Azərbaycanda ipoteka kreditləşməsi dayanıb

Azərbaycanda ipoteka kreditləşməsi dayanıb

Banklar bu istiqamətdə kredit verməkdə maraqlı deyil.

İyulun 1-ə olan vəziyyətə görə, Azəbaycan İpoteka Fondunun (AİF) müvəkkil bankları vasitəsilə ölkə miqyasında ümumilikdə 730 mln. 802,42 min manatlıq 17 min 997 ipoteka krediti verilib.

Oxu.Az www.marja.az-a istinadən xəbər verir ki, belə göstəricilər iyunun əvvəlinə də olub, yəni ötən ay potensial borc alanlar mənzil üçün kredit almayıb, mayda isə hər biri 50 min manat olan 2 kredit verilib. Apreldə də 93,02 min manatlıq 2 kredit verilib.

Xatırladaq ki, ötən il borc alanlar üçün daha səmərəli olub – 97 mln. 273,98 min manatlıq 2 min 146 kredit verilib.

Mənzil üçün kreditlər 2006-cı ildən AİF vasitəsilə verilir, 2007-ci ilin ikinci yarısından sosial seqment (illik 4%-lə 50 min manata qədər) faktiki olaraq yoxdur. İndi isə kommersiya ipoteka kreditlərinin (illik 8%-lə 50 min manata qədər) verilməsi dayanıb. Səbəb kreditin səlahiyyətli maliyyə strukturları üçün mənfəətin olmamadır. Onlar istehlak (ildə 20%-dən 40%-a qədər) və sahibkarlıq (12%-dən 18%-ə qədər) kreditlərindən daha çox qazanır. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb