Azərbaycanda iqtisadi artım sürətlənəcək

11:00 | 22.12.2017
Azərbaycanda iqtisadi artım sürətlənəcək

Azərbaycanda iqtisadi artım sürətlənəcək

2018-ci ildə Azərbaycanda iqtisadi artım sürətlənəcək.

"APA-Economics" xəbər verir ki, bu barədə "Fich" beynəlxalq reytinq agentliyinin yaydığı "Fitch - 2018 Proqnoz: MDB ölkələri və Gürcüstan bankları" adlı hesabatında deyilir.

Buna baxmayaraq, "Fitch" qeyd edir ki, bank sektorunun aktivlərinin keyfiyyətinə olan təzyiqlərin davam etməsi fonunda sektor üzrə proqnoz neqativ olaraq qalır: "2017-ci ildə Azərbaycan hökuməti "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin balansından toksik aktivlərin çıxarılması ilə bağlı mühüm qərar verib. Lakin digər borcverənlər də restrukturizasiya olunmuş və xarici valyutada olan böyük portfelləri ilə bağlı tədbir görməlidirlər".

Hesabatın müəllifləri qeyd edir ki, Azərbaycan banklarının reytinq üzrə proqnozunun "stabil" olması onların reytinqinin aşağı səviyyədə olmasını əks etdirir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb