Azərbaycanda istehlak bazarı təxminən 6 % böyüyüb

09:49 | 16.12.2023
Azərbaycanda istehlak bazarı təxminən 6 % böyüyüb

Azərbaycanda istehlak bazarı təxminən 6 % böyüyüb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 63,2 milyard manat olmaqla 2022-ci ilin yanvar-noyabr aylarına nisbətən müqayisəli qiymətlərlə 5,6 % artıb.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2022-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 5,4 % artaraq 60,8 milyard manata bərabər olub, onun 47,9 %-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 566,1 manat və ya 2022-ci ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 74,1 manat çox vəsait xərcləyib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM