Azərbaycanda polis yol qəzasında öldü - VİDEO

11:59 | 29.11.2021
Azərbaycanda polis yol qəzasında öldü - VİDEO

Azərbaycanda polis yol qəzasında öldü - VİDEO

Göyçayda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Rayon sakini Məzahir Mirzəliyev "Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.
Hadisə nəticəsində sürücü Məzahir Mirzəliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb, onun sərnişini, polis serjantı, Rayon Polis Şöbəsinin əməkdaşı Murad Babayev isə hadisə yerində dünyasını dəyişib.

Məzahir Mirzəliyev Göyçay rayon Polis Şöbəsinin Post Patrul Xidmətinin əməkdaşıdır və o, polis şöbəsində rabitəçi vəzifəsində çalışır. Hadisə polis əməkdaşlarının xidmətdə olmadıqları vaxt baş verib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
 
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb