Azərbaycanda qar uçqunu

13:36 | 13.12.2013
Azərbaycanda qar uçqunu

Azərbaycanda qar uçqunu

Ötən gün axşam saatlarında Quba-Xınalıq yolunda qar uçqunu baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, qar uçqunu Quba-Xınalıq yolunun 35, 36, 37 və 46-cı kilometrliyində baş verib. Qar uçqunu nəticəsində yol tamam bağlanıb. Hadisə yerinə 6 saylı Yol İstismar İdarəsinin ağır texnikası və əməkdaşları cəlb olunub. Yollar qardan təmizlənir.Qeyd edək ki, əraziyə yağan güclü qar və külək vəziyyəti daha da çətinləşdirib. Qar avtomobil yollarını tamamilə bağlayıb Siyəzən Şabran, Quba, Qusar yollarında avtomobillərin hərəkəti üçün çətinliklər yaranıb. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb