Azərbaycanda qeyri-adi traktor - FOTO

22:15 | 07.01.2015
Azərbaycanda qeyri-adi traktor - FOTO

Azərbaycanda qeyri-adi traktor - FOTO

Cəlilabad rayon sakini qeyri-adi traktor hazırlayıb.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, minik və yük avtomobilinin ehtiyyat hissələrindən hazırlanmış texnika görənlərin marağına səbəb olub.

Cəlilabad rayon Uzuntəpə kənd sakini Təvəkkül Nəsirov bu texnikanı nə az, nə də çox düz ona yaxın avtomobilin ehtiyyat hissələrindən düzəldib. İxtisasca mühəndis olan Təvəkkül Nəsirov bu işə hələ 1997-ci ildə başlayıb.

Texnika çatışmazlığı onu yeni traktor düzəltməyə vadar edib. Mühəndis traktorun ilkin variantının hazırlanmasında "VAZ-2106” markalı mink avtomobilin mühəriikindən və köknə yük avtomobili olan "Qaz-53” markalı avtomobilin sürət qutusundan istifadə edib.

Sonradan traktorun gücünün artırılması məqsədi Sovet istehsalı olan hərbi avtomobillərin ehtiyyat hissələri də əlavə olunub.

Minik və yük avtomobillərinin ehtiyyat hissələrindən ərsiyyə gələn traktora Təvəkkül Nəsirov "Azərbaycan” adın verib. Bunu o digər ölkələrin adı altında dünya bazarında satılan traktorlardan heç də geri qalmaması ilə əlaqələndirir.

Belə ki, kiçik olması bu traktora həyətyani ərazilərdə rahat manevretmə imkanı verir. Mühəndisin dili ilə desək srtıq "Azərbaycan” traktoru xeyli müddətdir sahibinə qazanc da gətirir.

Qeyri-adi traktor qoşqusu ilə birlikdə 6 ton yükgötürmə qabiliyyətinə malikdir. Təvəkkül Nəsirov deyir ki, əgər sifariş olarsa, bu traktorun eynisindən hazırlamaq onun üçün heç də çətin deyil.

ANN.Az



0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM