Azərbaycanda üç rayonun polis rəisi dəyişdirildi

17:34 | 13.02.2015
Azərbaycanda üç rayonun polis rəisi dəyişdirildi

Azərbaycanda üç rayonun polis rəisi dəyişdirildi

Tovuz Rayon Polis Şöbəsinin rəisi Vaqif İsmayılov tutduğu vəzifədən azad edilərək təqaüdə göndərilib.

Rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.
 
Nazirin digər əmri ilə Göygöl rayon Polis Şöbəsinin rəisi Şirzad Əsgərov tutduğu vəzifədən azad edilərək Tovuz Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.
 
Ramil Usubovun digər əmri ilə Ağsu Rayon Polis Şöbəsinin rəisi Bahadur Şükürov tutduğu vəzifədən azad edilərək Göygöl rayonuna polis rəisi təyin edilib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM