Azərbaycanda tibbə məlum olmayan hadisə

15:39 | 06.03.2018
Azərbaycanda tibbə məlum olmayan hadisə

Azərbaycanda tibbə məlum olmayan hadisə

Bəbəksiz doğulan Fatimə gözünün üç yaşından sonra Allah tərəfindən açılacağını deyir

Azərbaycanda göz bəbəkləri olmayan uşaq doğulub. İstiPress-in "Sputnik"ə istinadla verdiyi məlumata görə, Şabran rayon sakini Fatimə Elçin qızı Qafarova dünyaya anadangəlmə fiziki qüsurlu gəlib. Xəstəxanada körpənin sağlamlığında hər hansı problemin olduğu bilinməyib. Yalnız evə gətirdikdən sonra valideynləri uşağın göz yerlərinin olduğunu, lakin göz bəbəklərinin olmadığının fərqinə varıblar.

Fatimənin nənəsi Aygün Qafarova deyir ki, nəvəsinin gözlərinin görməsinə ümidlərini itirməyiblər: "Fatimə ana bətinindəykən bir neçə dəfə USM-də müayinə olunub. Həkimlər həmişə hamiləliyin normal keçdiyini bildiriblər. Hətta Fatimə anadan olanda belə, həkimlər onun gözlərinin olmadığından xəbərsiz oldular. Uşağı xəstəxanadan çıxarıb evə gətirəndən sonra özümüz gördük ki, uşaqda gözlərinin yuvası var, amma özü yoxdur".

Fatimə və nənəsi
Fatimə və nənəsi
Çarəsiz nənə bildirir ki, ilk günlər Fatimənin müalicəsi üçün müxtəlif xəstəxana və klinikalara müraciət ediblər, lakin hər yerdə onlara ancaq "birinci dəfədir bu cür halla rastlaşırıq" cavabını veriblər. Artıq ailə bütün ümidlərini itirmək üzrə olduğu vaxtda bir ümid işığı yanıb. "Fatimə danışmağa başlayanda gözünün üç yaşından sonra "Allah" tərəfindən açılacağını deyirdi, biz isə onun bu sözlərini ciddiyə almırdıq. İki yaş yarımında onun gözünün birində bəbək yaranmağa başladı. Bunun bizə "Allahın hədiyyəsi" olduğuna ümidlənərək, müalicə üçün Heydər Əliyev Fonduna müraciət etdik".

Bundan sonra qısa zamanda ailənin müraciətinə baxılıb və akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində müayinə və müalicəsi təşkil edilib. Təxminən dörd-beş ay müalicə olunub. Həkimlər bildiriblər ki, bir gözü müəyyən faiz görə bilər. Lakin ailənin xoşbəxtliyi çox çəkməyib. 3 ay əvvəl Fatimə yenidən həkimə aparılıb, analizləri verilib. Amma ödənişi verə bilmədikləri üçün müayinənin cavablarını ala bilməyiblər.

"Ödənişi tam ödəməyəcəyimiz təqdirdə, müayinənin cavabları haqda bizə heç bir məlumat verilməyəcəyi bildirildi".

Həyat yoldaşı Qarabağ müharibəsində birinci qrup əlil, oğlu isə işsiz, ailəsinin maddi imkanları həddən artıq aşağı olan Aygün Qafarova imkanlı şəxslərdən Fatiməyə köməklik göstərmələrini xahiş edir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb