Azərbaycanda tikinti materiallarının istehsalı artdı

10:15 | 01.02.2016
Azərbaycanda tikinti materiallarının istehsalı artdı

Azərbaycanda tikinti materiallarının istehsalı artdı

2015-ci ildə Azərbaycanda tikinti materiallarının istehsalı ilə məşğul olan şirkətlər 433,7 milyon manat dəyərində məhsul istehsal ediblər ki, bu da 2014-cü ilin göstəricisindən 6,3 fazi çoxdur.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Statistik göstəriciyə görə, ötən il Azərbaycanda 2,94 milyon ton sement (2014-cü illə müqayisədə 2,4 faiz çox), 195,5 min ton tikinti gipsi (2,3 faiz çox), 921,1 min ton hazır beton qarışığı (44,9 faiz az), 474,7 min ton asfalt (17,9 faiz çox), 22,2 min kubmetr beton tikinti konstruksiyaları (34,1 faiz az) və 10,77 min ton emal olunmuş mərmər, alebastr və məmulatları (2,1 faiz çox) istehsal edilib.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb