Azərbaycandan Gürcüstana pul köçürmələri 37% artıb

18:30 | 15.05.2020
Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycandan Gürcüstana 8,6 mln. ABŞ dolları həcmində pul köçürmələri həyata keçirilib ki, bu da illik ifadədə 36,5% çoxdur.


APA xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının hesabatında məlumat verilib.


Hesabat dövründə Gürcüstandan Azərbaycana köçürmələr isə 4,4 mln. dollar təşkil edib ki, bu da 2019-cu ilin ilk 4 ayı ilə müqayisədə 22,2% çoxdur.

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM

Xəbər lenti