Azərbaycanın keçmiş maliyyə nazirinin müavini dünyasını dəyişdi

12:32 | 23.05.2017
Azərbaycanın keçmiş maliyyə nazirinin müavini dünyasını dəyişdi

Azərbaycanın keçmiş maliyyə nazirinin müavini dünyasını dəyişdi

Azərbaycanın keçmiş maliyyə nazirinin birinci müavini Səfər Hüseynov vəfat edib.

Bu barədə Oxu.Az-a mərhumun oğlu Tural Hüseynov məlumat verib.

Təqaüddə olan Səfər Hüseynov ağır sürən xərçəng xəstəliyindən bu gün səhər saatlarında dünyasını dəyişib.

Xatırladaq ki, Səfər Hüseyn oğlu Hüseynov 1952-ci ildə Ağcabədi rayonunun Sarıcalı kəndində doğulub. 1995-1999-cu illərdə Azərbaycan maliyyə nazirinin birinci müavini vəzifəsində çalışıb. 2003-2010-cu illərdə Dövlət Sosial Müdafiə Fondunun Nizami və Suraxanı rayon şöbəsinin müdiri işləyib.  

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb