Azərbaycanın maye tədarükünün artacağı proqnozlaşdırılır- OPEC

15:14 | 18.01.2023
Azərbaycanın maye tədarükünün artacağı proqnozlaşdırılır- OPEC

Azərbaycanın maye tədarükünün artacağı proqnozlaşdırılır- OPEC

2023-cü ildə Azərbaycanın maye tədarükünün sutkada 60 min barrel artacağı proqnozlaşdırılır. Bu barədə OPEC (Neft İxrac Edən Ölkələr Birliyi) və qeyri-OPEC Nazirlərinin 33-cü Toplantısında açıqlanan aylıq hesabatda məlumat verilib.
 
"2023-cü ildə Azərbaycanın maye tədarükünün sutkada 60 min barrel artaraq orta hesabla 800 min barrel olacağı proqnozlaşdırılır”, - məlumatda deyilir.
 
Hesabatda bildirilir ki, tədarük Şahdəniz və Abşeron kondensat layihələrindən gələcək.
 
2022-ci ilin noyabrında Azərbaycanda maye istehsalı dəyişməz qalıb. Tədarük orta hesabla gündəlik 70 min (0,7 mb/d ) barrel olub.
 
2022-ci ilin 5 oktyabrında  OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin  Vyanada keçirilən 33-cü iclasında 2022-ci ilin noyabrından gündəlik xam neft hasilatının 2 milyon barrel azadılması ilə bağlı qəbul edilmiş qərara Azərbaycan da razılıq verib. Yeni  qərara əsasən, Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barrel təşkil edib.
 
"OPEC plus” razılaşması 2022-ci ilin noyabrından etibarən Azərbaycanda gündəlik xam neft hasilatının avqust ayındakı səviyyədən, yəni 717 min barreldən azaldılaraq 684 min barrel həcmində saxlanılmasını nəzərdə tutur.

Lida
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM