Azərbaycanın pravoslav xristian icması Milad bayramını qeyd edir

11:56 | 07.01.2017
Azərbaycanın pravoslav xristian icması Milad bayramını qeyd edir

Azərbaycanın pravoslav xristian icması Milad bayramını qeyd edir

Azərbaycanda yaşayan pravoslavlar xristianlığın ən müqəddəs bayramlarından hesab olunan Milad bayramını qeyd edirlər.

Rusiya pravoslav kilsəsinin Bakı-Azərbaycan yeparxiyasından "Report"a verilən məlumata görə, cümə günündən şənbə gününə keçən gecə Bakının bütün pravoslav məbədlərində təntənəli ibadət keçirilib.

Bundan başqa, yanvarın 10-da Səməd Vurğun adına Rus Dram tetarında Milad uşaqlar üçün xeyriyyə Milad bayramı keçiriləcək. Elə həmin gün paytaxtda "Kapelhaus" alman-azərbaycan mədəni icmasının binasında Milad bayramına həsr olunmuş konsert təşkil ediləcək.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb