Azərbaycanın regionlarına milyonlarla avro ayrılacaq

12:45 | 07.06.2018
Azərbaycanın regionlarına milyonlarla avro ayrılacaq

Azərbaycanın regionlarına milyonlarla avro ayrılacaq

Bakı və ölkənin digər regionları arasındakı fərqi azaltmaq məqsədilə Avropa Birliyi Azərbaycanın regionlarının inkişafı üçün 13 milyon avrodan çox maliyyə ayıracaq. Dəstək alacaq bölgələrdən biri də Lənkərandır.

Anews.az "İnterfaks-Azərbaycan”a istinadla xəbər verir ki, bununla bağlı məlumatı Avropa Birliyinin Bakıdakı nümayəndəliyi yayıb. 

"Lənkəran rayonunda istehsal, adambaşına düşən gəlirin və investisiyaların həcmi çox aşağıdır, ancaq buranın məhsul istehsalı sahəsində potensialı danılmazdır. 

AB proqramı davamlı rəqabət qabiliyyətinin və regionun meyvə-tərəvəz sektorunda əlavə dəyərin artırılmasına yönələcək”, - məlumatda bildirilib. 

Avropa Birliyi regional ərazi planlaşdırılmasında AB standartlarına uyğun olaraq sistemin hazırlanması, yerli müasir şəbəkələrin yaradılması, biznes üçün şəraitin yaxşılaşdırılması və Lənkəranın meyvə və tərəvəz sektoruna qoyulan investisiyalar sahələrində Azərbaycan hökuməti ilə əməkdaşlığını davam etdirəcək

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb