Belə ki, 2020-ci ilin yanvar-fevralında ölkəyə şokolad idxalı 2517,39 tonn təşkil edib, bu da ötən ilin uyğun dövrünün göstəricisindən 16,4% və ya 355 ton çoxdur. Artım tempi əvvəlki illərdə də müşahidə olunub. 2019-cü ildə Azərbaycana şokolad idxalı 2018-ci illə müqayisədə 6% artaraq 17.765 ton təşkil edib, bu barədə Azərbaycan Dövlət Statistika Dövlət Komitəsi məlumat yayıb.
Dövlət komitəsinin verdiyi xəbərə görə, şokolad ən çox paytaxt Bakıda istehlak edilib. Ondan sonrakı yerləri Gəncə, Sumqayıt, Lənkəran, Naxçıvan şəhərləri bölüşdürüblər. Azərbaycan bazarına idxal edilən şokoladın çox hissəsi Rusiyanın payına düşür. Hələ də Azərbaycan bazarında Rusiya istehsalı olan şokoladlara tələbat var. Bunun da səbəbi Avropa ölkələrində istehsal edilən şokoladlardan fərqli olaraq Rusiya şokoladlarının daha ucuz olmasıdır. 2020-ci ilin yanvar-fevral aylarında Azərbaycana idxal edilən şokoladın 68% Rusiya şirkətlərinin payına düşür. Bu dövr ərzində Rusiyadan Azərbaycana 1704,79 ton və ya 4290,64 min dollar dəyərində şokolad idxal edilib.
Rusiya Azərbaycana şokolad ixracı üzrə 2019-cu ildə də
liderlik edib. Ötən il bu ölkədən Azərbaycana 12643,59 ton şokolad idxal edilib
ki, bu da cəmi idxalın 71,2%-ni təşkil edib.
Onu da qeyd edək ki, Azərbaycan bazarının tələbat yalnız idxal edilən məhsul deyil daxili istehsal hesabına da ödənilib. 2020-ci ilin yanvar-martında Azərbaycanda 2862,8 ton şokolad istehsal olunub ki, buda 2019-cu ilin uyğun dövründən 3,5 dəfə çoxdur.
Azərbaycanda şokolad istehsalı ilə yanaşı şokoladın
ixracında da artım müşahidə olunub. 2020-ci ilin yanvar fevralında Azərbaycandan
xaricə 292,81 ton şokolad ixrac edilib.
Bu da 2019-cu ilin uyğun dövründən 28,4% çoxdur. 2019-cu ildə Azərbaycandan
şokolad ixracı 2490,2 ton, 2018-ci ildə isə -
1677,2 ton təşkil edib ki, bu da ölkədən şokolad ixracının dinamikasında
müsbət istiqamətdə irəliləmənin olmasına
bariz sübutdur. Maraqlısı odur ki, Rusiya təkcə Azərbaycana şokolad ixracına
görə eyil, ölkəmizdən şokolad idxalına görə də liderlik edir. 2020-ci ilin yanvar-fevralında Azərbaycandan
Rusiyaya 106 ton , 2019-cu ilin uyğun
dövründə 79,3 ton şokolad ixrac edilib.
Hazırda Azərbaycan bazarında şokolad istehsalı ilə əsasən
"Ulduz" və "Şirin" şokolad fabriki məşğul olur.
2020-ci ilin əvvəlindən "Ulduz" şokolad fabriki tərəfindən 2652,4 ton şokolad istehsal edilib ki , bu da cəmi istehsalın təxminən 70%-ni təşkil edir. "Ulduz" Şokolad fabrikinın məhsulları hm daxili bazarda populyarlıq qazanıb, həm də ixraca yönəldilib. 2020-ci ilin əvvəlindən fabrik tərəfindən 1933,9 ton şokolad daxili bazarda reallaşdırılıb, 485,9 ton şokolad isə ixrac edilib. Müəssisə istehsal gücünün 34,3%-i qədər işləyir. Yəni müəssisənin faktiki olaraq daxili bazarı daha çox təmin etmək üçün geniş istehsal potensialı var.
"Ulduz" şokolad fabrikinin
"Xonça", "Sultan" və s bu kimi şokold çeşidləri həm ölkə
daxilində, həm də ölkəmizin hüdudlarından qıraqda sevilir.
"Veysəloğlu" şirkətlər qrupuna daxil olan şirkətlər yalnız istehsal və ixrac ilə məşğul olmur. Bura inə daxil olan «Nestle», «Wesley», «Belore» и «MARS" kimi dünya brendlərinin Azərbaycanda distribütoru olan şirkətlər də daxildir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !