• $
  • €
  • ₽
  • ₺
  • £

Siemens Energy: Yaşıl enerji Azərbaycan-Almaniya tərəfdaşlığını yeni mərhələyə çıxara bilər

Siemens Energy: Yaşıl enerji Azərbaycan-Almaniya tərəfdaşlığını yeni mərhələyə çıxara bilər
06.10.2026 11:20

Almaniya və Azərbaycan arasında tərəfdaşlığın növbəti mərhələyə keçirilməsi üçün hazırda yaxşı imkan yaranıb. Bunu Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə Siemens Energy şirkətinin baş vitse-prezidenti və Avropa əməliyyatlarının rəhbəri Frederik Doye Bakıda keçirilən tədbirdə deyib.

O bildirib ki, hazırda Almaniya-Azərbaycan tərəfdaşlığı əsasən Azərbaycandan Almaniyaya yanacaq ixracına əsaslanır.

“Bu, vacibdir, məni yanlış anlamayın. Lakin biz artıq elektrik enerjisinin daha da önəm qazandığı elektrik dövrünə daxil oluruq. Burada bərpa olunan enerji mənbələri də mühüm rol oynayır”, - d Doye qeyd edib.

Onun sözlərinə görə, günəş və qurudakı külək enerjisi həm Azərbaycanda, həm də regionda hələ tam istifadə olunmayan böyük potensiala malikdir.

“Bu, ölkələrimizi bir-birinə daha da yaxınlaşdırmaq üçün çox vacib bir addım ola bilər”, - o bildirib.

Doye qeyd edib ki, enerji sistemlərinin inteqrasiyası ölkələr daxilində belə mürəkkəb prosesdir.

“Almaniyada şəbəkəni idarə edən dörd əsas TSO (Ötürmə Sistemi Operatoru) var. Onların hamısı eyni ölkədə və qonşu şirkətlər olsalar da, fərqli qaydalara və şəbəkə kodlarına malikdirlər. Bu da bəzən işləri mürəkkəbləşdirir. Çünki sistem dizaynları tamamilə fərqlidir”, - o vurğulayıb.

O əlavə edib ki, enerji sistemlərinin transformasiyası şəbəkələrin rəqəmsallaşdırılmasını və daha böyük həcmdə enerjinin ötürülməsinə imkan verəcək şəkildə inkişaf etdirilməsini tələb edir.

“Almaniyada və bir çox Avropa ölkəsində mövcud enerji sistemləri dünyanın ən köhnə şəbəkələri sırasındadır. Onların orta yaşı təxminən 50 ildir və onilliklər ərzində kifayət qədər investisiya qoyulmayıb. İndi isə sistem daha mürəkkəbdir. Həm enerji istehsal edən, həm də istehlak edən subyektlər var. Enerjini A nöqtəsindən B nöqtəsinə və geriyə daşımaq mümkündür. Buna görə də şəbəkə daha rəqəmsal olmalı və əvvəlkindən daha böyük yükü qəbul etməlidir”, -  o qeyd edib.

Doye bildirib ki, bu baxımdan rəqəmsal şəbəkənin ilkin olaraq regionda qurulması böyük imkan yaradır.

“Yaşıl Dəhliz” layihəsinin bir neçə ölkəni əhatə etdiyini vurğulayan Siemens Energy rəsmisi bunun əlavə mürəkkəblik yaratdığını deyib.

“Avropadan nümunə gətirsəm, Almaniya və Danimarka arasında dəniz külək enerjisinin Almaniya şəbəkəsinə gətirilməsi ilə bağlı razılığa gəlmək uzun illər çəkdi. İndi eyni müzakirə Fransa və İspaniya arasında gedir. İki ölkənin birləşdirilməsi iqtisadi baxımdan məntiqli ola bilər, lakin hər iki ölkənin maraqları eyni olmaya bilər. Buna görə də bu proses həmişə bir qədər mürəkkəbdir”, - o bildirib.

Doyenin sözlərinə görə, böyük infrastruktur layihələrinin reallaşdırılması üçün hökumət, sənaye, banklar, maliyyə təşkilatları və investorlar arasında əməkdaşlıq vacibdir.

Aytac

Oxşar xəbərlər
Oxşar xəbərlər
Siemens Energy: Yaşıl enerji Azərbaycan-Almaniya tərəfdaşlığını yeni mərhələyə çıxara bilər
İqtisadiyyat 11:20
Siemens Energy: Yaşıl enerji Azərbaycan-Almaniya tərəfdaşlığını yeni mərhələyə çıxara bilər
Yusif Qayıbov: “Yaşıl Enerji Dəhlizi” üzrə nazirlər 4 ildə 12 dəfə görüşüb
İqtisadiyyat 11:11
Yusif Qayıbov: “Yaşıl Enerji Dəhlizi” üzrə nazirlər 4 ildə 12 dəfə görüşüb
Ələt AİZ-də hava limanı 2027-ci ilin yazında istifadəyə hazır olacaq
İqtisadiyyat 10:40
Ələt AİZ-də hava limanı 2027-ci ilin yazında istifadəyə hazır olacaq
Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə yekun investisiya qərarı 2029-cu ildə veriləcək
İqtisadiyyat 10:35
Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə yekun investisiya qərarı 2029-cu ildə veriləcək
Ələt Azad İqtisadi Zonasındakı yük hava limanının gücü 2 milyon tona çatdırılacaq
İqtisadiyyat 10:27
Ələt Azad İqtisadi Zonasındakı yük hava limanının gücü 2 milyon tona çatdırılacaq
Azərbaycan Almaniya üçün regional platformadır - nazir müavini
İqtisadiyyat 10:16
Azərbaycan Almaniya üçün regional platformadır - nazir müavini
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:15
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə

PASHA Bank Georgia-nın Müşahidə Şurasında yeni təyinatlar
İqtisadiyyat 17:44
PASHA Bank Georgia-nın Müşahidə Şurasında yeni təyinatlar
Kapital Bank nümayəndələri “Sibos2026”çərçivəsində 30-dan çox işgüzar görüş keçirib
İqtisadiyyat 16:01
Kapital Bank nümayəndələri “Sibos2026”çərçivəsində 30-dan çox işgüzar görüş keçirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox