Azərbaycanlı aktyor vəfat etdi

09:49 | 10.01.2014
Azərbaycanlı aktyor vəfat etdi

Azərbaycanlı aktyor vəfat etdi

Mərziyyə Davudova adına Mingəçevir Dövlət Dram Teatrına ağır itki üz verib. Milli.Az EL TV-yə istinadən xəbər verir ki, teatrın aktyoru, tanınmış sənətçi Zülfü Məmmədov uzun sürən xəstəlikdən sonra vəfat edib. O, doğulduğu Goranboy rayonunun Zeyvə kəndində torpağa tapşırılıb. Sənətkarı ailə üzvləri, yaxın qohumları və sənət dostları son mənzilə yola salıblar. Sənət dostları onunla bağlı xatirələrini bölüşüblər. Bildirilib ki, Zülfü Məmmədovun vəfatı ilə Mingəçevir Dövlət Dram Teatrı özünün əvəzolunmaz simasını itirib.Allah rəhmət eləsin!ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb