Qasımov Eldar Əliş oğlu 5 iyun 1960-ci ildə Azərbaycan SSR-nin Gədəbəy rayonunun Orconikidze (indiki Nəriman) kəndində anadan olub. Atası Qasımov Əliş Məhəmməd oğlu dəmirçi, anası Qasımova (Məmmədova) Qızxanım Oruc qızı kolxozçu olub. 1967- 1977-ci illərdə Orconikidze kənd orta məktəbində oxuyub. 1977-ci ildə Bakı Dövlət Universitetinin biologiya fakültəsinə qəbul olub. 1980-ci ildə Leninqrad Dövlət Universitetinə köçürülüb və buranı 1983-ci ildə bitirib. 1983-cü ildən 1984-cü ilə kimi Azərbaycan SSR-nin Elmlər Akademiyasının Fizika İnstitutunda işləyib. 1984-cü ildən 1985-ci ilə kimi SSR-nin Kimya Fizika İnstitutunda təcrübə keçib. 1985-ci ildə SSR-nin EA-nın KFİ-da V. İ. Qoldan Akademiyasının biofizika fakültəsinin aspiranturasına qəbul olub. 1988-ci ildə RNT-nin strukturu və funksiyası üzrə dissertasiyanı təqdim edib. 1991-ci ildə isə MDU dissertasiya Şurasında bioloji elmlər üzrə alimlik dərəcəsi üzrə namizədlik dissertasiyamı müdafiə edib.1989-cu ildən 1997-ci ilə kimi SSR EA-nın Bitkilərin Fiziologiyası İnstitutunda (BFİ) mitoxondranın strukturu və funksiyası ilə bağlı problem üzərində çalışıb. 1997-ci ildən indiyə kimi OOO “DİS” TE və “KORVET” elmi-istehsalat mərkəzinin rəhbəridir. 60-dan çox elmi kitabın və ATF elektronlarının mexano-xemiosmotik köçürülmə əlaqəsi və sintezinin müəllifidir.Ailəlidir, iki övladı var. Həyat yoldaşı Qasumova İrina Viktorovna bioloqdur. Oğlu Qasımov Ruslan veterinar həkimdir, qızı Qasımova Viktoriya hüquqşünasdır.
ANN.Az