Azərbaycanlı dünya çempionunun 150 minlik avtomobili - FOTOLAR

23:19 | 09.04.2014
Azərbaycanlı dünya çempionunun 150 minlik avtomobili - FOTOLAR

Azərbaycanlı dünya çempionunun 150 minlik avtomobili - FOTOLAR

Azərbaycanlı məşhur idmançı, kikboksinq üzrə bir neçə dəfə dünya çempionu adına layiq görülən Eduard Məmmədovun yeni fotoları yayılıb. ANS PRESS-in məlumatına görə, 15 qat Azərbaycan çempionu şəxsi İnstaqram səhifəsində qara rəngli “Mercedes-Gelandevagen” markalı avtomobilinin fotolarını paylaşıb. İdmançının avtomobilinin dövlət seriyası hər kəsdə maraq oyadıb, o “90 EM 999” nömrəsi ilə seçilməyi bacarıb. Bir çox şou nümayəndələrinin yaxın dostu olan Eduard Məmmədovun yerləşdirdiyi şəkillər hər kəs tərəfindən maraqla qarşılanıb. Qeyd edək ki, idmançının “Mercedes-Gelandevagen” markalı avtomobilinin qiyməti 100-150 min AZN qiyməti arasında dəyişir. Eduardın paylaşdığı şəkilləri sizə təqdim edirik.Xatırladaq ki, Eduard Məmmədov ən parlaq və yaddaqalan qələbəsini 2000-ci ildə Yunanıstanda dünya çempionatında qazanıb. İdmançı rəqibini 15 saniyəyə nokaut vəziyyətinə salmışdr. Bundan əlavə olaraq 2009-cu ilin iyun ayında İspaniyada World Profi versiyası üzrə keçirilən dünya çempionatını qazanaraq, Low Kick və K-1 bölmələrində 2 qızıl medal, oktyabrda WAKO Low Kick versiyası üzrə Avstriyada keçirilən dünya çempionatını, noyabrda isə WAKO Full Contact versiyası üzrə İtaliyada keçirilən dünya çempionatını qazanıb. Bu nəticə - bir il ərzində 3 dünya çempionatından medallar gətirmək dünya kikboksinq tarixində presedentsiz hal sayılır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM