Azərbaycanlı həkimlər dünyada ilkə imza atdı

13:26 | 04.12.2014
Azərbaycanlı həkimlər dünyada ilkə imza atdı

Azərbaycanlı həkimlər dünyada ilkə imza atdı

Bakıda Silahlı Qüvvələrin Baş Klinik Hospitalında həkimlər dünyada ilk nadir əməliyyat keçiriblər.

ANN.Az AzərTAc-a istinadə xəbər verir ki, bu barədə Baş Klinik Hospitalın ürək-damar mərkəzinin rəisi Anar Əmrah dekabrın 4-də keçirdiyi mətbuat konfransında məlumat verib.

Bildirilib ki, kəskin miokard infarktı ilə noyabrın 15-də müraciət etmiş 51 yaşlı Şahin Qurbanovda təcili angioqrafiya nəticəsində ektazsik, yəni genişlənmiş tac damarın trombla tamam tutulması aşkar edildi. Xəstəyə ənənəvi metodlarla balon müdaxiləsinə və trombolitik müalicəyə baxmayaraq, nəticə əldə olunmadı. Xəstənin damarının genişliyi normadan 6 dəfə böyük idi. Böyük damarlardakı trombu əritmək üçün tətbiq edilən kateterlə gücləndirilmiş ultrasəs dalğaları ilə tromboliz bu xəstəyə uyğun olmadığına görə, əməliyyatın dünyada ilk dəfə tac arteriyasına tətbiqi yolu ilə uğurlu nəticə əldə etdik. On iki saatdan sonra damarlara təkrar angioqrafiya ilə baxıldı və tromb ilə tutulmuş damarların tamamilə açıldığı məlum oldu. Klinik olaraq xəstədə sürətli yaxşılaşma müşahidə edildi və kafi vəziyyətdə evinə yazıldı.

Sevindirici haldır ki, bu uğurlu nəticəyə dünyada ilk dəfə azərbaycanlı hərbi həkimlər nail olublar.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM