Azərbaycanlı idmançı 35-ci dəfə qələbəyə imza atdı

15:29 | 22.01.2014
Azərbaycanlı idmançı 35-ci dəfə qələbəyə imza atdı

Azərbaycanlı idmançı 35-ci dəfə qələbəyə imza atdı

Yanvarın 18-i Çinin Xiang Yang şəhərində kiqboksinq üzrə Shulen Feng böyük peşəkar yarış keçirilib.Oxu.Az xəbər verir ki, yarışda Azərbaycanı 4 qat dünya çempionumuz Pərviz Abdullayev təmsil edib.Keçirilən 8-lik yarışda idmançımız 70 kq çəki üzrə döyüşüb.Çinli idmançı Li Zikai ilə rinqdə görüşən Pərviz Abdullayev döyüşü tam üstünlüklə, qələbə ilə başa vurub. Xatırladaq ki, bu, idmançımızın 35-ci qələbəsidir.Nəzərinizə çatdıraq ki, azərbaycanlı idmançı yarışa idmançısı olduğu “12 May-Kobra” kiqboks klubunun dəstəyi ilə qatılıb. Yarışdan öncə Hollandiyaya yola düşən kiqboksçumuz orada “Super PRO” klubunda məşqçi Pramotr Denis Krauvelin nəzarəti ilə yarışa hazırlıq məşqləri keçib.Pərviz Abdullayev FHN-nin əməkdaşıdır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti