“Azərbaycanla Avropa İttifaqı arasındakı sazişdən hər kəs faydalanacaq” - səfir

11:28 | 09.05.2017
 “Azərbaycanla Avropa İttifaqı arasındakı sazişdən hər kəs faydalanacaq” -  səfir

“Azərbaycanla Avropa İttifaqı arasındakı sazişdən hər kəs faydalanacaq” - səfir

Avropa Birliyinin yaranmasının 60 illik yubileyi münasibəti Lənkaranda Avropa Günü qeyd olunub.Bu münasibətlə bir sıra Avropa ölkələrinin Azərbaycandakı səfirləri Lənkərana səfər ediblər.Səfər çərçivəsində diplomatlar həmçinin Lənkaran Dövlət Universitetinin tələbələri ilə görüşüblər.
 
Tədbirdə çıxış edən Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrab tələbələrə bildirib ki hazırda Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında saziş üzərində danışıqlar aparılır. "Bu gün mənim sizlərə 3 sualım var.Birincisi niyə görə bu gün mən buradayam. Hesab edirəm ki, "Avropa günü” elə bir bayramdır ki diplomatlar öz ofis binalarında oturmamalıdır.Bu Avropalıların bayramıdır, xüsusən gənc insanların bir araya gəldiyi gündür.Əgər bu bayramın necə qeyd edildiyini bilmək istəyirsinizsə Avropaya,Brüsselə, Madridə, Barselonaya, Berlinə səfər edin.
 
Bu zaman bu bayramı qeyd etmək üçün Avropanın hər yerindən gənclərin gəldiyini görəcəksiniz. Onlar üçün nə viza almaq, nə passport yoxlanışından keçmək, nə də pul dəyişmək gərək deyil.Onlara lazım olan yeganə şey bir yerə toplaşmaqdır və bunu da Avropa gənc nəsil üçün edib və etməyi davam edir. İkinci sualım əlbətdə Avropaya üzv ölkə olaraq biz haradayıq?
 
Bu bizə sülh,tərəqqi və azadlıq bəxş edir. Bu gün gənc bir alman hararda təhsil alacağını, işləyəcəyini və yaşayacağını seçə bilər.Eyni ilə digər Aİ ölkələrində olduğu kimi. Üçüncü sualım Avropa Azərbaycan üçün nə etməyi düşünür və ya əksinə Azərbaycan Aİ üçün nə edəcək ?Yalnız onu deyə bilərəm ki Avropa bir çox şeyə hazırdır, biz insanların bir-biri ilə təmas qura biləcəyi və təhsil almaları üçün məkan ola bilərik. Hazırda Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında saziş üzərində danışıqlar aparılır. Ümüd edirik bu danışıqlar tezliklə başa çatacaq və hər biriniz bundan faydalana biləcəksiniz.Hesab edirəm gələcəkdə hər kəs üçün, ailələriniz və ölkəniz üçün faydalı olacaq bir çox hadisələrin şahidi olacaqsınız”- deyə səfir çıxışını yekunlaşdırıb.
 
Vüsal Əzizov
Foto müəllifindir
 










www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM