Azərbaycanlı gənc gözləri ilə görənləri heyrətləndirir - VİDEO

10:08 | 09.01.2019
Azərbaycanlı gənc gözləri ilə görənləri heyrətləndirir - VİDEO

Azərbaycanlı gənc gözləri ilə görənləri heyrətləndirir - VİDEO

İmişli rayon sakini Qaçay Əliyevin gözlərindən biri açıq-qəhvəyi, digəri isə mavi rəngdədir. Bu, ona olduqca maraqli görünüş verir. Bəs görəsən, dünyada çox az insanda rast gəlinən belə qeyri-adi gözlərin səbəbi nədir? Bunu xəstəlik saymaq olarmı?

İmişli rayon sakini, 26 yaşlı Qaçay Əliyev gözlərinin rəngləri ilə bir çoxlarının marağına səbəb olur. Eşitmə və nitq qüsurlu olan Qaçayın valideynləri onun gözlərinin doğularkən fərqli rəngdə olduğunu deyirlər. Anası Nərminə Əliyevanın sözlərinə görə, oğlunun gözlərinin rənglərinin fərqli olması onda heç bir problem yaratmır. Hətta oğlunun fərqli göz rəngləri olduğu kimi, zövqü də gözəldir, üstəlik, yaxşı əl qabiliyyəti də var.

Cərrah-oftalmoloq Əhməd Abdullayev isə deyir ki, Qaçayın göz rəngində müşahidə olunan fərq anadangəlmə olduğu üçün xəstəlik sayılmır və dünyada təxminən 1 faiz insanda rast gəlinən heteroxromiyadır, yəni sağ və sol göz bəbəklərinin müxtəlif rəngdə olması halıdır. Buna səbəb isə melanin, yəni piqment çatışmazlığı və ya artıqlığı olur. Bu halın doğuşdan olması gözlərdə heç bir problem yaratmır.

Beləliklə, dünyada çox az insanda rast gəlinən göz rənglərindəki fərqlilik Qaçayın görməsinə heç bir təhlükə törətmir, tam əksinə, bu, ona maraqlı və qeyri-adi bir görünüş verir. (Xəzər TV)


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb