Azərbaycanlı iş adamı Rusiyada güllələnərək qətlə yetirildi - FOTO

12:54 | 02.02.2019
Azərbaycanlı iş adamı Rusiyada güllələnərək qətlə yetirildi - FOTO

Azərbaycanlı iş adamı Rusiyada güllələnərək qətlə yetirildi - FOTO

Rusiyanın Arxangelsk şəhərində azərbaycanlı iş adamı, əslən Azərbaycanın Ağdaş rayonundan olan 1992-ci il təvəllüdlü Hüseynov Ruslan Arif oğlu naməlum şəxslər tərəfindən güllələnərək qətlə yetirilib.


Azərbaycanlı iş adamı aldığı beş güllə yarasından yerindəcə həyatını itirib.


Hadisə 31 yanvardan 1 fevrala keçən gecə olub. Onun dəqiq kimlər tərəfindən öldürüldüyü hələlik müəyyənləşməyib. R. Hüseynov Arxangelskdə taxta biznesi ilə məşğul olub. İş adamının cənazəsi ekspertizadan sonra bu gün Azərbaycana gətiriləcək./Report/
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb