Bizplus.az-a istinadən azərbaycanlı milyonçuların təhsil aldığı universitetləri təqdim edir.
Milyarder iş adamı, Rusiyanın "LUKoyl” neft şirkətinin prezidenti Vahid Ələkbərov Azərbaycan Dövlət Neft və Sənaye Universitetini bitirib.
Araz Ağalarov
Mübariz Mənsimov
Azərbaycanda doğulmuş Türkiyəli iş adamı, Palmali Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimov Bakıda hərbi məktəbə daxil olub. Burada təhsilini başa vurduqdan sonra ali təhsilə də yiyələnib.
Fərhad Əhmədov
Azərbaycanda doğulmuş Rusiyalı iş adamı, Rusiya milyarderi Fərhad Əhmədov 15 yaşında Moskvaya gələrək qaynaqçı-çilingər ixtisası üzrə texniki peşə məktəbini bitirib. Məktəbi bitirdikdən sonra ordu sıralarında xidmət edib. 1977-ci ildə əmtəə və əmtəəşünaslıq ixtisası üzrə Skryabin adına Baytarlıq Akademiyasını bitirib. Sonradan təhsilini davam etdirərək Ali İqtisadiyyat Məktəbini başa vurub.
Qod Nisanov
İsgəndər Xəlilov
İsgəndər Xəlilov 1979-cu ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutu, 1984-cü ildə isə Moskva Hüquq Akademiyasını bitirmişdir.
İlham Rəhimov
İlham Rəhimov 1970-1975 illərdə Leninqrad Dövlət Universitetinin hüquq fakültəsində təhsil almış, 1975-1978 illərdə Leninqrad Dövlət Universitetinin cinayət hüququ kafedrasında əyani aspirantı olmuş, 1978-ci ildə isə hüquq elmləri namizədi elmi adını almışdır. 1988-ci ildə Leninqrad Dövlət Universitetində doktorluq dissertasiyası müdafiə etmişdir. Bununla da o postsovet məkanında cinayət hüququ sahəsində ən gənc elmlər doktoru olmuş, 1996-cı ildə isə professor elmi adını almışdır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !