Azərbaycanlı millət vəkili: “Nazir üzr istəməlidir!”

00:26 | 31.07.2018
Azərbaycanlı millət vəkili: “Nazir üzr istəməlidir!”

Azərbaycanlı millət vəkili: “Nazir üzr istəməlidir!”

Təhsil naziri üzr istəməlidir .


Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Güney Azərbaycanın Xoy şəhərinin İran parlamentindəki millət vəkili Tağı Kəbiri ölkənin təhsil naziri Məhəmməd Bəthayinin şagirdlərə qeyri-fars dillərində dərs keçməyin təhlükəli olduğu barədə işlətdiyi ifadələrə cavab olaraq deyib.


"Həssas bir nazirliyə rəhbərlik edən şəxsin ölçüsüz və qeyri-peşəkarcasına açıqlama verib, ana dillərinin tədrisinin qadağan olduğunu bildirməsi böyük təəssüf doğurur. İctimaiyyətin minimum gözləntisi təhsil nazirinin üzr istəməsidir”, - T.Kəbiri bildirib.


Qeyd edək ki, iyulun 14-də İranın təhsil naziri Məhəmməd Bəthayi şagirdlərə qeyri-fars dillərində dərs keçməyin təhlükəli olduğunu, bu səbəbdən qadağan edildiyini bildirmişdi.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb