Azərbaycanlı Rusiyada baş nazirinin müavini təyin edildi

14:30 | 25.01.2017
Azərbaycanlı Rusiyada baş nazirinin müavini təyin edildi

Azərbaycanlı Rusiyada baş nazirinin müavini təyin edildi

Həmyerlimiz Fərhad Səmədov Rusiyanın Başqırdıstan Respublikası Prezidentinin fərmanı ilə Baş nazirin müavini təyin olunub. Soydaşımız Başqırdıstan Respublikasında sənaye, innovasiya proseslərinə, İT - texnologiyalara nəzarət edəcək.

ANN.Az xəbər verir ki, bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Fərhad Astan oğlu Səmədov 1959-cu ildə Gürcüstanın Qardabani şəhərində anadan olub. Moskvada Mühəndis-İnşaat İnstitutunu bitirib. Texnika elmləri namizədidir. Əmək fəaliyyətinə 1982-cı ildə Azərbaycanda başlayıb, mühəndis və böyük mühəndis vəzifələrində çalışıb.

1994-1998-ci illərdə "Eksimer” Elm-istehsalat müəssisəsinin baş direktorunun müavini olub. 2000-ci illərin əvvəllərindən başlayaraq 2009-cu ilə qədər Başqırdıstanın iri müəssisələri olan "Kaustik” QSC-yə, "Soda” ASC-yə rəhbərlik edib. Rusiya Federasiyasının fəxri kimyaçısı olan F.Səmədov Baş nazirin müavini təyin edilənə qədər "Birləşmiş neftkimya şirkəti”nin prezidenti olub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb