Azərbaycanlı turistlər Gürcüstana axışır

21:26 | 02.06.2015
Azərbaycanlı turistlər Gürcüstana axışır

Azərbaycanlı turistlər Gürcüstana axışır

DİN məlumat yaydı.

2015-ci ilin yanvar ayından may ayına qədər Gürcüstana 1 milyon 835 min 545 nəfər səfər edib ki, bu da ötən ilin analoji göstəricisi ilə müqayisədə 2 faiz çoxdur. 

Oxu.Az xəbər "Sputnik Qruziya” saytına istinadla xəbər verir ki, bu barədə Gürcüstan DİN-nin İnformasiya-təhlil departamenti məlumat yayıb. 

Məlumata əsasən, səfər edənlərin 656 min 68 nəfəri turist olub, bu da 2014-cü illə müqayisədə 3 faiz azdır. 

Bununla yanaşı, tranzit turistlərin sayı 21 fazi artıb - 405 min 208 nəfər. 

Bununla belə 2015-ci ilin mayında Gürcüstana 454 min 545 nəfər səfər edib ki, bu da ötən ilin analoji göstəricisi ilə müqayisədə 14,7 faiz çoxdur. 

Gürcüstana səfər edən xaricilər arasında birinci yerdə Türkiyədir. Ondan sonra Azərbaycan, Ermənistan, Rusiya və Ukrayna gəlir. Aİ ölkələri arasında Litva, Almaniya, Çexiya, Böyük Britaniya və Niderland liderlik edir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb