Azərbaycanlıları Parisə səfərlərdən imtina etməyə çağırdılar

13:27 | 16.11.2015
Azərbaycanlıları Parisə səfərlərdən imtina etməyə çağırdılar

Azərbaycanlıları Parisə səfərlərdən imtina etməyə çağırdılar

Azərbaycanın Turizm Assosiasiyası (AzTa) Parisə turist səfərlərdən müvəqqəti olaraq imtina etməyi məqsədəuyğun hesab edir. 

Oxu.Az xəbər verir ki, bu barədə Fineko/abc.az AzTa-nın rəhbəri Nahid Bağırov bildirib.

Onun sözlərinə görə, Parisdə iki gün öncə məlum məsələlər baş verib, ona görə də hələlik turların kütləvi ləğvi barədə informasiya yoxdur, çox güman ki, turistlər bu şəhərə səfərlərini ləğv ediblər. 

"Azərbaycan Turizm Assosiasiyası hesab edir ki, Parisə olan turları müvəqqəti olaraq ləğv etmək məqsədəuyğun olardı, belə ki, əldə olan məlumata görə, şəhərdən çıxan parislilər də şəhərə qayıtmağa çəkinirlər”, - Bağırov bildirib. 

"Avropa şəhərləri, o cümlədən də Paris azərbaycanlı turistlər arasında çox populyardır, amma bu istiqamətdə turizm səfərlərinin azalması barədə danışmaq hələ tezdir”, - Bağırov deyib. 

Axının həcmi milli aviadaşıyıcının (AZAL) qərarından asılıdır. Hələlik Parisə uçuşlar ləğv edilməyib, Turkish Airlines isə artıq bu qərarı qəbul edib. 

Qeyd edək ki, İŞİD terror qruplaşması Parisdən sonra Londona, Berlin və Romaya hücumların anonsunu verib. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM