Turnirdə 5 idman növü üzrə (para-cüdo, stolüstü tennis, para-taekvondo, para-üzgüçülük, pauerliftinq) 150-dən artıq paralimpiyaçı uşaq iştirak edib. Gənc idmançılar arasında Bakı və Sumqayıt şəhərləri ilə yanaşı Naxçıvan, Gəncə, Şirvan, Ağcabədi, Ağdaş, Ağsu və Bərdə şəhərlərindən olan uşaqlar da var.
Azercell-in 2014-cü ildən etibarən Azərbaycan Uşaq Paralimpiya Komitəsinə dəstəyi sayəsində sağlamlıq imkanları məhdud olan uşaq və yeniyetmələr kütləvi idman tədbirləri, yerli və beynəlxalq əhəmiyyətli yarışlarda iştirak edirlər. Bu, uşaqların cəmiyyətə inteqrasiya olunması və onların idmana həvəsinin artırılmasında böyük əhəmiyyət kəsb edir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !