Azərsu: Magistral su kəmərində baş verən qəza aradan qaldırılıb

14:17 | 03.02.2017
Azərsu: Magistral su kəmərində baş verən qəza aradan qaldırılıb

Azərsu: Magistral su kəmərində baş verən qəza aradan qaldırılıb

Fevralın 2-də Bakıya gələn magistral su kəmərində baş vermiş qəza aradan qaldırılıb.

Bu barədə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmənın rəhbəri Anar Cəbrayıllı məlumat verib.

Onun sözlərinə görə, Bakı Su Kanal İdarəsinin briqadaları və xüsusi texnikaları hadisə yerinə cəlb edilib və dünən axşam saatlarında problem aradan qaldırılıb:
 
"Dünən axşam saatlarında iş yekunlaşıb, hidravlik rejim bərpa olunub. Artıq əhali fasiləsiz içməli su ilə təmin edilib".

Qeyd edək ki, fevralın 2-də magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar "Azərsu" ASC paytaxtın Yasamal, Nəsimi və Səbail rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacacağı ilə bağlı məlumat yaymışdı. //Trend

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb