Bakı metrosunda hadisə: ölən var

14:21 | 09.01.2015
Bakı metrosunda hadisə: ölən var

Bakı metrosunda hadisə: ölən var

Bu gün Bakı Metropolitenində ölüm hadisəsi olub.

"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Oxu.Az-a bildirdiyinə görə, hadisə "Nizami” stansiyasından "28 May” stansiyası istiqamətində 33 saylı marşrutla hərəkət edən qatarda baş verib.

"1954-cü il təvəllüdlü Mirolov Valeriy Alekseyeviç vaqonda vəfat edib. Bu barədə maşinistə qatar rabitəsi ilə xəbər veriblər. Dispetçerlər təcili yardım çağırıb, qatar "28 May” stansiyasına çatmamış həkimlər gəlib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. İlkin ehtimala görə, sərnişin ürək tutmasından vəfat edib. Dəqiq məlumat ekspertizanın rəyindən sonra məlum olacaq. Meyit aidiyyatı üzrə polis əməkdaşlarına təhvil verilib”.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM