Bakı metrosundakı dəhşətlə bağlı AÇIQLAMA

09:01 | 14.01.2015
Bakı metrosundakı dəhşətlə bağlı  AÇIQLAMA

Bakı metrosundakı dəhşətlə bağlı AÇIQLAMA

Bakı Metropoliteninin "Neftçilər” stansiyasında baş vermiş hadisə ilə bağlı rəsmi açıqlama verildi.

ANN.Az ANS PRESS-ə istinadən bildirir ki, "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin sözlərinə görə, kütləvi informasiya vasitələrində yayılmış xəbər tamamilə yalandır.

N.Paşayevin sözlərinə görə, qatarın altına düşdüyü iddia edilən şəxs heç də 8-9 yaşlarında deyil. O, 1985-ci il təvəllüdlü Əliyeva Sevincdir.
 
"Hadisə "Neftçilər” stansiyasında baş verib. Belə ki, "Həzi Aslanov”dan "İçərişəhər” stansiyasına doğru hərəkət edən 5 saylı qatar "Neftçilər” stansiyasında platformada dayanıb. Qatar platformada dayanıbsa, insan onun altına necə düşə bilər? Axı orada yer yoxdur. Hadisə əslində belə baş verib. Qatar hərəkət etdikdən sonra Əliyeva Sevinc müvazinətini itirirərək qatarın arxa hissəsində relslərin üstünə düşüb. O heç də qatarın altında qalmayıb. O, relslərin üzərinə düşən kimi gərginlik dayandırılıb və Sevinc Əliyeva oradan xilas edilib, o, müayinə olunub, sağ-salamatdır”, deyə Nəsimi Paşayev bildirdi.
 
Qeyd edək ki, KİV-də 8-9 yaşlarında bir oğlan uşağının metro qatarının altında qalması barədə xəbər yayılmışdı. Bildirilirdi ki, naməlum səbəblərdən ilişərək, sonuncu vaqonun arxasına düşən uşaq qatarın hərəkətə keçməsi nəticəsində bir neçə metr sürütlənib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM