Bakı metrosundan YENİLİK

09:13 | 11.08.2014
Bakı metrosundan YENİLİK

Bakı metrosundan YENİLİK

Bakı Metropoliteninin yeni stansiyaları həm görünüşü, həm də təchizatı baxımından mövcud stansiyalardan əsaslı surətdə fərqlənəcək.“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev AzərTAc-a bildirib ki, yeni stansiyalar 7 vaqondan ibarət qatarlar üçün nəzərdə tutulub. Bu stansiyaların platformaları, vestibülləri, eskalatorlar, eləcə də elektrik təchizatı, işarəvermə və idarəetmə avadanlıqları ən müasir texnologiya əsasında qurulacaq. Artıq bununla bağlı Fransa şirkətləri ilə anlaşma memorandumu imzalanıb.Belə ki, “Alstom Transport SA” şirkəti Bakı Metropolitenini müasir vaqonlarla təmin edəcək, “Bouygues Travaux Publics. LLS” “28 May” stansiyasının yenidən qurulmasını, o cümlədən bir neçə stansiyanın inşasını həyata keçirəcək, “THALES S.A” şirkəti isə “Bənövşəyi” xəttin üzərində tikiləcək stansiyalarda son texnoloji işarəvermə və idarəetmə sistemləri quraşdıracaq.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM