Bakı Şəhər Baş Polis İdarəsində yeni kadr təyinatı

14:59 | 20.02.2015
Bakı Şəhər Baş Polis İdarəsində yeni kadr təyinatı

Bakı Şəhər Baş Polis İdarəsində yeni kadr təyinatı

 Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) yeni kadr təyinatı olub.

 "Report" xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrə əsasən, polis polkovnik-leytenantı Ələkbərov Vüqar Hidayət oğlu BŞBPİ-nin Təşkilati-İnspektor İdarəsinin rəisi təyin olunub. 

Qeyd edək ki, V.Ələkbərov bu təyinata qədər Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində şöbə rəisi işləyib. O, daxili işlər orqanlarında peşəkar polis əməkdaşlarından biri hesab olunur. Cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin qorunmasında və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə, V.Ələkbərov 2013-cü il iyul ayının 1-də dövlət başçısı tərəfindən "İgidliyə görə" medalı ilə təltif olunub.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM