Bakı Şəhər Baş Polis İdarəsinin keçmiş rəis müavini həbs edildi

12:13 | 13.11.2013
Bakı Şəhər Baş Polis İdarəsinin keçmiş rəis müavini həbs edildi

Bakı Şəhər Baş Polis İdarəsinin keçmiş rəis müavini həbs edildi

Cavadağa Sultanov Dubayda saxlanılıb.

ANN.Az-ın verdiyi xəbərə görə, Birləşmiş Ərəb Əmirliklərinin polis əməkdaşları Bakı Şəhər Baş Polis İdarəsinin keçmiş rəis müavini Cavadağa Sultanovu həbs ediblər.

Məlumatı "Amerikanın səsi” yayıb.

Məlumata əsasən, onun saxlanmasına səbəb biznes ortaqları qarşısındakı 7 milyon dollarlıq öhdəliyini vaxtında yerinə yetirməməsi olub. Məlumatı Azərbaycanın Dubaydakı konsulluğu təkzib etməyib.

Konsulluq əməkdaşlarının bildirdiyinə görə, sözügedən işlə bağlı bütün materiallar Azərbaycan Xarici İşlər Nazirliyinə göndərilib.

Məlumata əsasən, Azərbaycan Daxili İşlər Nazirliyindən 2005-ci ildə Hacı Məmmədovun işi ilə bağlı azad edilən C.Sultanov Şərja əmirliyi polisi tərəfindən bu ilin noyabr ayının 6-da saxlanılıb.Hal-hazırda istintaq gedir.

Xatırladaq ki, C.Sultanov vaxtilə Binəqədi Rayon Polis İdarəsinin rəisi vəzifəsini də tutub.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb