Bakcell
şirkəti xüsusi karantin rejimi dövründə Azərbaycan vətəndaşlarına dəstək göstərmək
məqsədilə həyata keçirilən genişmiqyaslı tədbirlər planı çərçivəsində Bakının Binə
qəsəbəsində yaşayan aztəminatlı ailələr üçün ərzaq yardımı proqramı həyata
keçirib.
Ötən
həftə Bakcell əməkdaşları Binədə yaşayan 650 aztəminatlı ailəyə baş çəkib və şirkət
adından yardım qutularını təqdim ediblər. Xəzər Rayon İcra Hakimiyyəti və Binə Bələdiyyəsinin təşkilati dəstəyi ilə və təqdim
etdikləri siyahılara əsasən aksiya çərçivəsində Bakcell tərəfindən qəsəbədə
yaşayan 650 ailəyə ərzaq yardımı göstərilib.
Qeyd
edək ki, bu təşəbbüs Bakcell tərəfindən "Covid-19”a qarşı mübarizə üzrə həyata
keçirilən genişmiqyaslı tədbirlərin davamıdır. Belə ki, şirkət Koronavirusla
Mübarizəyə Dəstək Fonduna 1.5 milyon manat ianə etməklə yanaşı, Azərbaycana
süni tənəffüs aparatları, bədən hərarətini məsafədən ölçən xüsusi keçid-buraxılış
avadanlıqları, eləcə də koronavirusa yoluxmanı yerindəcə müəyyən etməyə imkan
verən 3000 ədəd ekspress-testin gətirilməsi üçün iri həcmdə vəsait ayırıb.
Bundan əlavə, Bakcell karantin mərkəzlərində çalışan tibbi heyətə təşəkkürünü
ifadə etmək üçün açıqca vasitəsilə mesajlar göndərib, bütün karantin mərkəzlərində çalışan həkimlərə
və müxtəlif karantin mərkəzlərindəki vətəndaşlarımıza ödəmə kartları hədiyyə
edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !