• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan infrastruktur investisiyalarını beynəlxalq layihələrə yönəldəcək

Azərbaycan infrastruktur investisiyalarını beynəlxalq layihələrə yönəldəcək
26.09.2026 10:23

Azərbaycan əsas daxili infrastruktur layihələrinin böyük hissəsini tamamladığından gələcək sərmayələri beynəlxalq nəqliyyat, logistika və elektrik ötürmə şəbəkələrinə yönəltməyi planlaşdırır.
Bunu Prezident İlham Əliyev bildirib.

“Daxili infrastruktura gəldikdə, biz çox yaxşı vəziyyətdəyik. Düşünürəm ki, gələcək çoxmillətli maraqlara xidmət edən infrastrukturdadır”, - Əliyev deyib.

Onun sözlərinə görə, əsas istiqamətlər nəqliyyat və logistika infrastrukturunun genişləndirilməsi, gömrük inzibatçılığının rəqəmsallaşdırılması, yük aşırma prosedurlarının sadələşdirilməsi və yeni elektrik ötürücü xətlərinin yaradılması olacaq.

Prezident bildirib ki, Azərbaycanı Gürcüstan üzərindən Rumıniya ilə birləşdirəcək dörd giqavatlıq Qara dəniz sualtı elektrik kabeli layihəsi texniki-iqtisadi əsaslandırmanın qiymətləndirilməsi mərhələsindədir.

Azərbaycan, Qazaxıstan və Özbəkistan həmçinin Mərkəzi Asiyanın yaşıl elektrik enerjisini Azərbaycan üzərindən Avropaya çatdırmaq üçün Xəzərin dibi ilə sualtı kabel çəkməyi planlaşdırır.

Əliyevin sözlərinə görə, bu layihələr, eləcə də enerji saxlama sistemlərinin yaradılması böyük həcmdə maliyyə tələb edəcək və Azərbaycanın gələcək infrastruktur investisiyalarının əsas sahələrindən olacaq.

Gülnar Nazimqızı

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol